Polis metroda azyaşlı qızın telefonunu zorla əlindən alanı yaxalayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis metroda azyaşlı qızın telefonunu zorla əlindən alanı yaxalayıb

16:25 - 21 / 02 / 2019
Polis metroda azyaşlı qızın telefonunu zorla əlindən alanı yaxalayıb

Fevralın 19-da, saat 13:00 radələrində metronun “28 May” stansiyasının platformasında azyaşlı bir qızın telefonu zorla əlindən alınıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, ictimai nəqliyyatda soyğunçuluq edən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Onun Cəlilabad rayon sakini H.Əbilzadə olduğu müəyyən edilib.

 “Samsung A7” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.

Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
536

Son xəbərlər

Bütün xəbərlər