“Agromall”da Kolumbiya məhsullarının olduğu vitrin açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Agromall”da Kolumbiya məhsullarının olduğu vitrin açılıb - FOTO

16:44 - 22 / 02 / 2019
“Agromall”da Kolumbiya məhsullarının olduğu vitrin açılıb - FOTO

Kolumbiyanın Azərbaycandakı səfirliyi Bakıda yerləşən Agromall ticarət mərkəzində kolumbiya məhsullarının olduğu sərgi üçün vitrin açıb.

1news.az-a bu barədə Kolumbiya səfirliyindən məlumat verilib.

Qeyd etmək lazımdır ki, “Agromall” istər yerli, istərsə də müxtəlif xarici ölkələrin məhsullaırının daimi şəkildə sərgilənməsi üçün şəraitin yaradıldığı topdan və pərakəndə satışı ilə məşğul olan ticarət məkanıdır.

“Agromall” Azərbaycan hökumətinin dəstəyi ilə yaradılmış biznes modelidir və əsas məqsəd isə süni qiymət qalxımını aradan qaldırmaqla alıcılara kənd təsərrüfatının heç bir maneə olmadan çatdırılmasıdır.

Kolumbiyanın Rusiyadakı Procolombia qurumu və Amsterdamdakı Kolumbiya Milli Kofeçilər Federasiyasınin dəstəyi ilə aşağıdakı göstərilən məhsulları nümunə kimi “Agromall”da nümayiş etdirəcəkdir:

-Milli Kofeçilər Federasiyasının Pavilyonu.
- Milli Kofeçilər Federasiyasının göndərdiyi kofe nümunələri.
- Juan Valdez və Buencafe Kimi şirkətlərin avadanlıqları.
- Tropical Chips MMC. Şirkətinin kofe təamlı şirniyyatları


Kolumbiya səfirliyi “Agromall” tərəfindən təklif edilmiş pavilyonda öz məhsullarını Azərbaycan və Mərkəzi Asiya bazarında nümayiş etdirmək üçün bir sıra kolumbiyalı şirkətləri dəvət edib.

P.Sultanova

 

Paylaş:
844

Son xəbərlər

Bütün xəbərlər