Musa Quliyev: Bunlar hamısı inqilabi dəyişikliklərdir | 1news.az | Xəbərlər
Siyasət

Musa Quliyev: Bunlar hamısı inqilabi dəyişikliklərdir

13:08 - 26 / 02 / 2019
Musa Quliyev: Bunlar hamısı inqilabi dəyişikliklərdir

Prezident İlham Əliyev həmişə söyləyr ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bizim iqtisadi gücümüz, uğurlarımız vətəndaşlarımızın sosial rifah halının yaxşılaşmasına yönəldilir.

Bunu 1news.az-a millət vəkili Musa Quliyev fevralın 25-də Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə səslənən fikirləri və həmin gün dövlət başçısının imzaladığı əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında 
sərəncamını şərh edərkən bildirib.

Deputat deyib ki, cənab Prezidentin dünənki müşavirədə də söylədiyi kimi, nəzərə alsaq ki, 2014—cü ildən üçüncü dünya sosial-iqtisadi böhranından sonra Azərbaycanda manatın devalvasiyayası baş verdi, amma qısa müddət sonra, yəni 2017-ci ilə qəsdər ölkədə sabitləşmə dövrü başladı.

“2018-ci il dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda iqtisadiyyatın yüksəlişi dövrü kimi bizim tariximizə düşdü. Və iqtisadiyyat yüksələndə təbii ki, dövlətin maliyyə gücü də, maddi potensialı da artır. Bu il isə cənab Prezident söylədi ki, Azərbaycanda sosial sahədə çox fərqli bir il olacaq. Yəni, bütövlükdə sosial müdafiə sistemində inqilabi dəyişkliklər aparılacaq bir il olacaq. Biz artıq bunların ilkin əlamətlərini, nümunələrini görürük. Ötən ilin sonundan başlayaraq ölkədə sosial müdafiənin gücləndirilməsi ilə bağlı cənab Prezident tərəfindən olduqca böyük və tarixi əhəmiyyətli işlər görülür, sərəncamlar və fərmanlar imzalanır.

Keçən ilin sonunda ölkə başçısı öz ad günündə min məcburi köçkün ailəsi üçün Abşeron rayonunda salınmış yaşayış kompleksinin açılış mərasimində iştirak etdi. Daha sonra 2019-cu ilin ilk ayında bir qrup şəhid ailəsini qəbul etdi, onlarla görüşdü və bu görüşdən sonra imzaladığı sərəncamla 1997-ci ilə qədər şəhid olmuş, lakin sığorta haqqını almamış, yaxud da o dövrün məzənnəsi ilə sığorta haqqını almış 12 min 750 nəfərə 11 min mantlıq birdəfəlik müavinətin verilməsi ilə bağlı sərəncam imzaladı. Dövlət büdcəsindən bu məqsədlə təxminən 130 milyon manat  vəsait ayrıldı. Bunun ardınca cənab Prezident tələbələrin təqaüdlərinin artırılması ilə bağlı sərəncam verdi, daha sonra minimum əmək haqqının 130 manatdan 180 manata çatdırılması ilə bağlı sərəncamı oldu. Ardınca ölkə rəhbərinin tövsiyəsi ilə Milli Məclisdə əmək pensiyaları haqqında qanuna dəyişiklik edildi, minimum pensiyanın məbləği də 116 mantdan 160 manata qaldırıldı.

Bunlar hamısı inqilabi xarakterli dəyişikliklərdir. Bəli, əvvəlki illərdə də 5-10-15 faiz artımlar olurdu. Amma birdən-birə 100 faiz, 80 faiz artım heç bir dövlətdə baş vermir. Sonrakı dövrdə cənab Prezident əhalinin yenə də sosial rifahına birbaşa təsir göstərən, yeni tikilən mənzillərin qısa müddət ərzində sənədləşməsi, özəlləşdirilməsində olan maneələrin aradan qaldırılması ilə bağlı da fərman verdi və Fövqəladə Hallar Nazirliyinə 2 ay müdətində araşdırmalar aparılması tapşırıldı. Bu ilin sonuna kimi təxminən 300 min insanın yaşadığı mənzillərə onların yaşayış hüququnu tanıyan sənəd veriləcək.

Biz dünən Prezidentin müşavirəsini izlədik, sonra isə ölkə rəhbəri əhalinin sosial-iqtisadi vəziyyətinin gücləndirilməsi ilə bağlı yeni sərəncam imzladı. Həmin sənəd 600 minə yaxın vətəndaşın sosial rifahının yaxşılaşmasına yönəlib və bütün istiqamətlərdə sosial müavinətlər artırıldı. Bəziləri 100 faiz, bəziləri 80 faiz. Təxminən indiyə kimi sosial müavinətlərə dövlət büdcəsindən 400 min manat vəsait ayrılırdısa, artq bu, 800 miyona çatdırıldı”, deyə M.Quliyev bildirib.

Millət vəkili hesab edir ki, bütövlükdə Prezidentin son iki ayda apardığı bu islahatlar nəticəsində 2 milyon 200 nəfərin həyat şəraiti yaxşılaşıb:

“Eyni zamanda dövlət başçısı dünən birbaşa anonsunu verdi ki, hökumət çox ciddi bir məsələnin üzərində də işləyir, bu da vətəndaşlarımızı narahat edən məsələlərdən biri idi. Yəni, 2015-ci il devalvasiyasından sonra banklardan götürülən dollar kreditlərinin, başqa sözlə, problemli kreditlərin həlli ilə bağlı dövlət ən optimal bir yolu seçəcək. Burada həm vətəndaşlarımızın, həm də bankların, yəni özlə sektorun maraqlarını dövlət təmin edəcək.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti hər an Azərbaycan vətəndaşının arxasındadır  Cənab Prezident hər an  Azərbaycan vətəndaşının sosial rifah halının güclənməsi barədə düşünür və sosial müdafiə dövlət başçısının diqqəti və qayğısı altındadır.

Və Prezident müşavirədə qeyd etdi ki, bu artımlar il ərzində davam edəcək. Biz istər minimum əmək haqqı, istər pensiyaların daha da atrmasının şahidi olacağıq, hədəfimiz də Azərbaycanı inkişaf etmiş dövlətə çevrməkdir, buna da Prezidentimizin rəhbərliiyi altında nail olacağıq”.

P.S.

Paylaş:
963

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər