Aydın Hüseynov: Problemli kreditlərlə bağlı vətəndaşlarımızı qane edəcək qərarın qəbuluna şübhə yoxdur | 1news.az | Xəbərlər
Siyasət

Aydın Hüseynov: Problemli kreditlərlə bağlı vətəndaşlarımızı qane edəcək qərarın qəbuluna şübhə yoxdur

15:10 - 26 / 02 / 2019
Aydın Hüseynov: Problemli kreditlərlə bağlı vətəndaşlarımızı qane edəcək qərarın qəbuluna şübhə yoxdur

Birmənalı olaraq qəbul etməliyik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, fəaliyyətin ən başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının ifadə olunması, onların sosial rifah halının yüksəldilməsidir. Bütün siyasət fəaliyyət nailiyyətlər məhz bu məqsədə yönəlibdir.

Bunu 1news.az-a millət vəkili Aydın Hüseynov fevralın 25-də Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə səslənən fikirləri və həmin gün dövlət başçısının imzaladığı əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında 
sərəncamını şərh edərkən bildirib.

“Biz doğrudan da Prezident İlham Əliyevin fəaliyətinə nəzər salanda görürük ki, insan amili, insan kapitalı, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, onların işlə təmin olunması, əmək haqlarının artırılması, bütövlükdə sosial məsələlər bu siyasətin əsasını təşkil edir.

Biz görürük ki, ölkənin iqtisadi qüdrəti artdıqca, iqtisadi potensialı yüksəldikcə, bu, ilk növbədə vətəndaşlarımızın rifah halına yönəlir. Əmək haqlarının, təqaüdlərin, pensiyaların, sosial müavinətlərin artırılması, eyni zamanda şəhid ailələrinə, onların vərəsələrinə birdəfəlik yardımın ödənilməsi, qaçqın və məcburi köçkün ailələrinin, Qarabağ veteranlarının, əlillərinin sosial qayğlsının gücləndirilməsi və s. nümunələr dediklərimizi sübut edir”, deyə iqtisadçı millət vəkili əlavə edib.

A.Hüseynov düşünür ki, əmək haqlarının, təqaüdlərin, pensiyaların, sosial müavinətlərin artması, ümumiyyətlə, sosial sferada həyata keçirilən bütün tədbirlər çox önəmlidir:

“Amma eyni zamanda vətəndaşın rahatlığı əmək haqlarının yaxşı səviyyədə olması ilə yanaşı, digər məsələlərin də təminini ehtiva edir. Bu gün ölkəmizdə elektrik enerjisi, qazla, su ilə tam şəkildə təminat, geniş internet şəbəkəsinə çıxış, əlverişli infrastrukturun yaradılması və digər tədbirlərin hamısı Azərbaycan vətəndaşlarının rahatlığı, daha  yaxşı yaşaması üçün edilir.

Eyni zamanda bu gün cəmiyyətdə insanlarımızı narahat edən hər hansı bir sual, problem varsa, cənab Prezident tərəfindən onlara reaksiya verilir. Çox düşünülmüş addımlar atılır. Bu addımlar populizm naminə deyil, vətəndaşın birbaşa maraqlarına hesablanmış addımlardır. Düşünülmüş, elmə əsaslanan, gələcək perspektivləri özündə ehtiva edən fərmanlar, sərəncamlar imzalanır, dövlət proqramları qəbul edilir.

Bəllidir ki, problemli kreditlərlə bağlı vətəndaşlarımızın sualları, müəyyən narahat nöqtələr var idi. Bunun da aradan qaldırlması üçün Prezident göstəriş verib. Bank, maliyyə sektoru elə bir həssas və incə sektordur ki, burda atılan addımlar çox düzgün hesablanmalıdır. Əgər tutaq ki, biz vətəndaşlarımızın maraqları çərçivəsində məsələni həll etmək istəyiriksə, kompleks yanaşma olmaldır. Cənab Prezident bununla bağlı hökumətə tapşırıq verib.

Vətəndaşlarımızı problemli kreditlərlə bağlı qane edəcək, razı salacaq düzgün qərar qəbul ediləcəyinə şübhə yoxdur. Bütövlükdə həyata keçirilən siyasətin bir hədəfi var:  bu da Azərbaycan vətəndaşlarıdır. Bu gün ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu da ölkənin, vətəndaşın təhlükəsizliyinə hesablanmaqla yanaşı, hər birmiz üçün qürur hissi yaradan məqamdır. Yəni, biz sosial rifahımızın yüksəlməsi ilə yanaşı, əldə edilmiş uğurlardan qürur hissi də keçirməliyik”.

P.S.

 

 

Paylaş:
655

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər