Gürcüstanın prezidenti Azərbaycana rəsmi səfərə gəlib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstanın prezidenti Azərbaycana rəsmi səfərə gəlib – FOTO

10:48 - 27 / 02 / 2019
Gürcüstanın prezidenti Azərbaycana rəsmi səfərə gəlib – FOTO

Gürcüstanın prezidenti xanım Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın prezidenti Salome Zurabişvilini Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

1news.az

Paylaş:
707

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər