Polşa vətəndaşının adı XİN-in "qara siyahısı"ndan çıxarılıb | 1news.az | Xəbərlər
Siyasət

Polşa vətəndaşının adı XİN-in "qara siyahısı"ndan çıxarılıb

12:58 - 27 / 02 / 2019
Polşa vətəndaşının adı XİN-in "qara siyahısı"ndan çıxarılıb

Polşa  vətəndaşı Karol Malolepşı Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. 

1news.az-a XİN-dən verilən məlumata görə, məktubunda o, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini qeyd edib. Səfərinə görə üzr istəyən Karol Malolepşı gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. 

K.Malolepşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

P.Sultanova

Paylaş:
446

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər