Bakıda və rayonlarda Novruz yarmarkaları təşkil olunacaq – SİYAHI

Bakının rayonlarında 14 yerdə mart ayının 2-dən etibarən hər həftənin şənbə və bazar günlərində, martın 16-dan 21-dək isə hər gün “NOVRUZ” yarmarkaları təşkil olunacaq.
1news.az-ın verdiyi xəbərə görə, martın 16-dan 21-dək isə hər gün respublikanın bütün şəhər və rayon mərkəzlərində kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları fəaliyyət göstərəcək.
Qeyd edək ki, H.Cavid prospekti, AMEA-nın binasının qarşısındakı parkda keçirələcək yaramrkada Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin, Naxçıvanski küçəsi 74, 8-ci km yarmarkasında kənd təsərrüfatı naziri İnam Kərimovun, F.X.Xoyski prospekti, Qələbə meydanında təşkil olunacaq yaramarkada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirakları gözlənilir.
S.Xankişiyeva