Səfirlik: Heç bir təxribat İran-Azərbaycan dostluğuna xələl yetirə bilməz | 1news.az | Xəbərlər
Siyasət

Səfirlik: Heç bir təxribat İran-Azərbaycan dostluğuna xələl yetirə bilməz

16:30 - 04 / 03 / 2019
Səfirlik: Heç bir təxribat İran-Azərbaycan dostluğuna xələl yetirə bilməz

İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin “Ararat” klubunda baş tutmuş özəl görüşünə heç bir müdaxilə etməyib və bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları, İran XİN-in sözçüsünün də dediyi kimi, özbaşına atılmış və qəbuledilməz bir addım kimi qiymətləndirir, bunu pisləyir.

1news.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfirliyinin açıqlamasında deyilir.

“Vurğulamaq istərdik ki, İran Azərbaycan müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olub, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib və bu siyasətini dəyişməyəcəkdir.

Həmçinin düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaqdır.

İranın Azərbaycan ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz”.

P.Sultanova

Paylaş:
267

Son xəbərlər

Bütün xəbərlər