Milli Dram Teatrı həftəsonu maraqlı tamaşalarla çıxış edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının həftəsonu repertuarı zəngindir.
1news.az-ın məlumatına görə, teatr bu dəfə də maraqlı tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.
Sənət ocağının A.M.Şərifzadə səhnəsində, martın 7-də “Cəhənnəm sakinləri”, 9-da isə həmin səhnədə “Bir iki bizimki” və “Mənim günahım” tamaşaları göstəriləcək. Martın 10-da isə teatrsevərlər “Sərgüzəşti- vəziri-xani-Lənkəran” tamaşasına baxa biləcəklər.
1news.az
395