Azərbaycan Prezidenti ailəsi ilə birlikdə Od çərşənbəsini qeyd edib – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev ailəsilə birlikdə Od çərşənbəsini qeyd edib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öz Instagram səhifəsində məlumat verərək, bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edib.
Dövlət başçısının ailəsinin bayram tonqalı ətrafındakı şəkilləri böyük maraqla qarşılanıb.
Həmçinin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çərşənbə axşamı Azərbaycan xalqını Od çərşənbəsi münasibətilə təbrik edib
“Ulu Tanri ölkəmizi, xalqımızı bütün xətalardan, pis niyyətlərdən qorusun. Yolumuzu aydın, ürəklərimizi mərhəmətli, arzularımızı daim saf etsin! Təbrik edirəm!”.
S.Xankişiyeva