Mübariz Əhmədoğlu: Paşinyanın komandası mətbuatın üzərinə hərtərəfli hücuma keçib | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyanın komandası mətbuatın üzərinə hərtərəfli hücuma keçib

10:03 - 06 / 03 / 2019
Mübariz Əhmədoğlu: Paşinyanın komandası mətbuatın üzərinə hərtərəfli hücuma keçib

Ermənistanda mətbuat təzyiqlər altındadır, fəaliyyətinə ciddi maneçilik var. Bəzi mətbu orqanları bağlanmaq üzrədir.

Səbəb N.Paşinyan komandasının hərtərəfli şəkildə mətbuatın üzərinə hücuma keçməsidir. Yerevan şəhər meriyası bəzi mətbu orqanlarına müraciət göndərərək onları yerləşdikləri binadan çıxmağa çağırdı. Bu Ermənistanın daxilində ciddi ajiotaj yaratdı. Ombudsman reaksiya verdi. Əksər ekspertlər Paşinyanın mətbuatı ağ-qaraya bürüdüyünü yazsalar da heç bir ciddi dəyişiklik yaranmadı. Mətbuata təzyiqin kökü isə N.Paşinyanın qaynı, Anna Akopyanın qardaşı, deputat Qraçya Akopyanın təşəbbüsündən başlandı. Deputat Q. Akopyan parlamentdə irəli sürdüyü qanun layihəsinə görə bukmeyker kompaniyalarına televiziya, internet və digər mətbuata reklam vermək qadağan edilir.

İş o yerə gəlib çatıb ki, hətta Paşinyanın blokundan olan deputatlar Avropa Şurasında Ermənistan mətbuatının dezinformasiya ilə məşğul olması barədə məlumat yaydılar və AŞPA-dan bu istiqamətdə kömək istədilər. Edmon Marukyan, keçmiş nazir indiki deputat T.Mandilyan Paşinyan hökumətini tənqidə dözümsüz olduğunu bildirdilər. Daşnaksutyun partiyası Ermənistan hakimiyyətinin tənqidlərə hədsiz kəskin reaksiya verdiyini bildirdi.

Daşnaklara məxsus “Yerkir media” hər gün işçilərini ixtisar etməli olur.

İri mətbuat holdinqi olan PanArmenian Media Group öz fəaliyyətini dayandırdı.

“Orinats Yerkir” partiyasının sədri A.Baqdasaryana məxsus ABC televiziyası da satışa çıxarıldı

Mətbuatın parlament binasına girişi bəzən qadağan olunur. Parlamentdə N.Paşinyana məxsus blok və onun “Vətəndaş müqaviləsi” partiyası tez-tez qapalı iclas keçirməli olur. Bu qapalı iclaslar keçirmək praktikası tənqid olunduğu üçün mətbuat parlamentdəki iclaslara buraxılmır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
287

Son xəbərlər

Bütün xəbərlər