Aİ-dən Paşinyana zərbə: Qarabağ danışıqlarında yalnız "yenilik" üçün yeni mexanizm icad etmək lazım deyil

Ermənistan və Azərbaycan liderlərinin və xarici işlər nazirlərinin ilk təmasları Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar üçün yaxşı bir başlanğıc nöqtəsidir, lakin konkret irəliləyişlər barədə danışmaq tezdir.
1news.az xəbər verir ki, bunu Avropa Komissiyasının Qonşuluq Siyasəti üzrə komissarı Yohanes Han Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
O deyib ki, Qarabağ danışıqlarında yalnız yenilik üçün yeni mexanizm icad etməyə çalışmaq lazım deyil, mövcud formata riayət etmək daha yaxşıdır.
Han bildirib ki, bizim dəstəyimizə gəldikdə, mövcud formatı saxlamaq daha yaxşıdır, yalnız "yenilik" üçün yeni nəsə yaratmağa səy göstərmək lazım deyil. Ümumi planda, söhbət etimad tədbirlərindən gedir.
Onun sözlərinə görə, Avropa İttifaqı bütün bölgəni dəstəkləyərək, kənardan öz dəstəyini göstərə bilər: "Bu, dəstək bölgə ölkələri, xüsusilə də xalqlar arasında əlaqələrin qurulmasını asanlaşdırmaq ola bilər".
Qeyd edək ki, Paşinyan, Brüsseldə jurnalistlərə verdiyi müsahibədə Dağlıq Qarabağla bağlı yeni bir müzakirə formatına ehtiyac olduğunu deyib. O, "problemin effektiv həlli üçün ilk növbədə, Qarabağın danışıqlarda iştirakını tələb edən effektiv format yaratmaq lazımdır", deyib.
P.Sultanova