Səfir: Bolqarıstan Azərbaycanı "Cənub Qaz Dəhlizi"nin reallaşmasında əsəs hərəkətverici qüvvə hesab edir | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Bolqarıstan Azərbaycanı "Cənub Qaz Dəhlizi"nin reallaşmasında əsəs hərəkətverici qüvvə hesab edir

11:17 - 06 / 03 / 2019
Səfir: Bolqarıstan Azərbaycanı "Cənub Qaz Dəhlizi"nin reallaşmasında əsəs hərəkətverici qüvvə hesab edir

Bakıda Bolqarıstanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az  xəbər verir ki, qəbulda dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Daha sonra çıxış edən Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ölkəsinin keçdiyi müstəqillik yolundan söz açıb.

Diplomat bildirib ki, Bolqarıstanın Azərbaycanda səfirliyinin açılmasımın 20 ili tamam olur. Ölkələrimiz ötən müddətdə bir çox önəmli iqtisadi layihələrdə iştirak edib.  Azərbaycanla Bolqarıstan arasında yaxın dostluq əlaqələri mövcuddur, iki ölkə arasında yüksək səviyyəli dialoq aparılır:

“Azərbaycan və Bolqarıstan arasında enerji və kənd təsərrüfatı sektorunda əməkdaşlıq sıx şəkildə inkişaf edir. Bu gün Bolqarıstan öz qaz şəbəkəsini müasirləşdirməkdədir ki, burada Azərbaycanın da rolu var.

Bolqarıstan Azərbaycanı Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında əsəs hərəkətverici qüvvə hesab edir. Azərbaycan və Bolqarıstan arasında sıx dostluq münasibətləri, yüksək səviyyədə aktiv dialoq və qarşılıqlı maraq doğuran sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlıq mövcuddur”.

Səfir deyib ki, Azərbaycanla Bolqarıstan arasında enerji sahəsindəki əlaqələrin qarşılıqlı strateji əhəmiyyəti var:

“Bolqarıstan Azərbaycanı Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında əsəs hərəkətverici qüvvə hesab edir. Bolqarıstan 2020-ci ildən "Şahdəniz-2" layihəsi çərçivəsində ildə bir milyard kubmetr qaz tədarükü üçün müqavilə imzalayıb. Bu, həcm Bolqarıstanın qaz istehlakının təxminən 30 faizini təmin edəcək. Energetika sahəsində əlaqələrimizi gücləndirmək üçün digər imkanları da nəzərdən keçiririk".

N.Yankov  Bakı ilə Sofiya arasında birbaşa hava reysinin turistlərin gediş-gəlişinə münbit şərait yaratdığını da əlavə edib. 

Kənd Təsərrüfatı naziri İnam Kərimov Bolqarıstan xalqını Azərbaycan xalqı və Prezidenti adından təbrik edib.

Bildirib ki, ölkələrimiz arasında diplomatik münasibətlər qurulduğu 27 il ərzində əməkdaşlığımız artan sürətlə inkişaf edib. Azərbaycanla Bolqarıstan arasındakı münasibətlər strateji xarakter daşıyır:

“Qarşılıqlı əməkdaşlıq hər iki ölkə rəhbərlərinin səyləri nəticəsində daha da genişlənir və inkişaf edir”.

Nazir bu günədək iki ölkə arasında 55 sənədin imzalandığını xatırladıb.

Həmin sənədlər arasında 2015-ci ildə imzalanan strateji tərəfdaşlıq sazişinin əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edən İ.Kərimov sazişin icrasına mühüm əhəmiyyət verildiyini vurğulayıb.

1999-cu ildə yaradılan birgə əməkdaşlığa dair hökumətlərarası komissiya çərçivəsində də əməkdaşlığın inkişaf etdiyini deyən nazir həmçinin enerji sahəsindəki əməkdaşlığın genişlənməsi baxımdan Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini dilə gətirib.

Pərvanə Sultanova

 

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər