Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

17:05 - 07 / 03 / 2019
Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının və Böyük Britaniyanın Müdafiə nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, tədbirdə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Danışıqların yekununda “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2019-2020-ci maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

1news.az

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər