Paolo Qrimoldi: Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır

Biz hesab edrik ki, nizamlanma prosesində irəliləyiş üçün ilk növbədə Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş bəzi ərazilər Azərbaycana geri qaytarılmalıdır.
Bunu 1news.az-a açıqlamasında ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldi deyib.
O bildirib ki, bundan sonra həll yollarından danışmaq mümkündür.
"Bizim Dağlıq Qarabağa dair möqeyimiz Azərbaycan Prezidenti və hökumətinin razılaşması əsasında olmalıdır.
Paolo Qrimoldi İtaliya və Azərbaycan əlaqələrinə də toxunub, deyib ki, iki ölkə arasında tərəfdaşlıq münasibətləri mövcuddur:
“Biz təkcə iqtisadiyyat və enerji sahələrində deyil, siyasi sahədə də tərəfdaşıq. Əgər Azərbaycan üçün yaxşıdırsa, bizim üçün də yaxşıdır, əgər İtaliya üçün yaxşıdırsa, Azərbaycan üçün də yaxşıdır. İtaliya Azərbaycan üçün vacib bir bazardır, biz sizdən neft və qaz alırıq. Tezliklə bunun üçün hər il 8 milyon avro ödəyəcəyik. Bu baxımdan İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır".
P.Sultanova