Lukaşenko Mehriban Əliyevanı təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Lukaşenko Mehriban Əliyevanı təbrik edib

17:13 - 07 / 03 / 2019
Lukaşenko Mehriban Əliyevanı təbrik edib

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

 “Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə xas olan xeyirxahlıq, ziyalılıq və mühüm dövləti məsələlərin həllinə müdrik yanaşma həqiqətən heyranlıq doğurur.

İnanıram ki, Sizin siyasi və ictimai fəaliyyət təcrübəniz Belarus-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq prinsipləri əsasında bundan sonra da inkişafına hərtərəfli kömək edəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram.

S.Xankişiyeva

 

 

 

Paylaş:
2668

Son xəbərlər

Bütün xəbərlər