Sabah “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək

11:31 - 07 / 03 / 2019
Sabah “ASAN xidmət” və “ASAN Kommunal” işləməyəcək

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri - iş günü olacaq.

1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda ölkəmizdə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi də fəaliyyətdədir.

S.Xankişiyeva

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər