İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 7-də Şamaxıda zəlzələdən zərərçəkmiş ailələr üçün tikilən yeni evlərlə tanış olublar.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənovun yeni tikilmiş evində yaradılan şəraitlə tanış oldular, çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət etdilər.
Sonra dövlətimizin başçısı və birinci xanım şəhərin Teymur Əliyarbəyov küçəsində Elmira Həsənovanın və Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurovun ailələri üçün tikilən yeni evlərdə yaradılan şəraitlə tanış oldular, ev sahibləri ilə söhbət etdilər.
1news.az