Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub | 1news.az | Xəbərlər
Rəsmi

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

12:22 - 07 / 03 / 2019
Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.

S.Xankişiyeva

 

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər