BMT-nin Azərbaycandakı nümayəndəliyi bayrağını endirib | 1news.az | Xəbərlər
Siyasət

BMT-nin Azərbaycandakı nümayəndəliyi bayrağını endirib

13:20 - 11 / 03 / 2019
BMT-nin Azərbaycandakı nümayəndəliyi bayrağını endirib

BMT-nin Azərbaycandakı nümayəndəliyi “Efiopiya hava yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar təşkilatın bayrağını yarıya qədər endirib.

1news.az bu barədə qurumun Facebook səhifəsinə istinadla xəbər verir.

Məlumatda deyilir ki, “Efiopiya hava yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər, o cümlədən BMT-nin 11 əməkdaşı həlak olub:

"Onların xatirəsini anmaq üçün BMT-nin Azərbaycandakı nümayəndəliyi təşkilatın bayrağını yarıya qədər endirib.

BMT-nin Baş katibi Antonio Quterreş həlak olanların ailələrinə başsağlığını çatdırıb".

P.S.

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər