Azərbaycan NATO-nun Kodifikasiya Sisteminə qoşulub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan NATO-nun Kodifikasiya Sisteminə qoşulub

12:42 - 11 / 03 / 2019
Azərbaycan NATO-nun Kodifikasiya Sisteminə qoşulub

Müdafiə Nazirliyində Azərbaycanın NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib.

1news.az-ın məlumatına görə, görüşdə ölkəmizdə səfərdə olan NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinə NKS haqqında ətraflı məlumat verilib.

Müdafiə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbirlərdə sistemin təqdimatı keçirilib, həmçinin onun faydaları, qoşulma prosedurları və digər məsələlər ətrafında müzakirələr aparılıb.

1news.az

Paylaş:
234

Son xəbərlər

Bütün xəbərlər