Paşinyan Xankəndində separatçıların lideri ilə görüşüb

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan separatçıların lideri Bako Saakyanla görüşüb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, görüş azərbaycanın Xankəndi şəhrində baş tutub.
Paşinyan separatçıların lideri ilə bir sıra məsələləri müzakirə edib.
Qeyd edək ki, bu gün Qarabağda Ermənistanın Milli Təhlükəsizlik Şurasının iclası olacaq.
P.Sultanova
322