Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəznin fəaliyyəti barədə | 1news.az | Xəbərlər
Siyasət

Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəznin fəaliyyəti barədə

12:10 - 13 / 03 / 2019
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəznin fəaliyyəti barədə

 Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2019-cu il tarixli fərmanı əsasında yaradılan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi hazırda öz fəaliyyəti ilə bağlı qeydiyyat və inzibati məsələlərinin həlli mərhələsindədi.

1news.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev öz facebook səhifəsində yazıb.

O qeyd edib ki, bu mərhələ yekunlaşdıqdan sonra Mərkəz tam fəaliyyət göstərəcəkdir:

“Sənədləşmə işləri başa çatdıqdan sonra gələcək fəaliyyət istiqamətlərimiz barədə geniş ictimaiyyət məlumatlandırılacaq. Bütün həmkarlarıma və dostlarıma ünvanladıqları təbriklərə və Mərkəzin fəaliyyəti ilə bağlı göstərilən böyük marağa görə təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, Prezidentin 19 fevral 2019-cu il tarixli sərəncamı iləFərid Şəfiyev həmin Mərkəzin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

P.Sultanova

 

Paylaş:
857

Son xəbərlər

Bütün xəbərlər