Ermənilər atəşkəsi 26 dəfə pozub | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər atəşkəsi 26 dəfə pozub

10:34 - 15 / 03 / 2019
Ermənilər atəşkəsi 26 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da  istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.


1news.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Kəngərli, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

1news.az

 

 

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər