Kapital Bank kreditlərin sığorta haqqını ödəyəcək
Kapital Bank-ın Novruz bayramı münasibətilə güzəştli kredit aksiyası davam edir.
Aksiya çərçivəsində kredit rəsmiləşdirərkən tətbiq olunan sığorta haqqı, bank tərəfindən ödənilir. Rəsmi gəliri olan hər kəs, Kapital Bank-dan 3000 manatadək kredit götürüb, ayda cəmi 99 manat ödəniş edə bilər.
Nağd pul kreditinin illik faiz dərəcəsi 19%-dən başlayır. Şərtlərə əsasən kredit zaminsiz verilə bilər və kredit götürənlərə BirKart hədiyyə olunur. Aksiya 14 aprel 2019-cu il tarixədək davam edəcək. Qeyd edək ki, Kapital Bank-da “Gündəlik tələbat krediti”nin məbləği 300 – 20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Ümumi kredit şərtləri barədə ətraflı – www.kapitalbank.az/loans/cash?hl=az .
Bundan başqa Kapital Bank Novruz bayramı münasibəti ilə istirahət günləri elan edilən günlərdə də müştərilərə xidmət göstərəcək. Bayram günləri fəaliyyət göstərəcək filiallarının siyahısı saytda dərc olunub – https://goo.gl/fDVpNh.
Kapital Bank xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, firavan həyat və yeni nailiyyətlər arzu edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Reklam hüququnda