İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib

17:43 - 20 / 03 / 2019
İlham Əliyev Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli Kasım-Jomart Kemeleviç, 

Qazaxıstan Respublikasının Prezidenti vəzifəsində fəaliyyətə başlamanız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan və Qazaxıstanı çoxəsrlik dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Əminəm ki, xeyirxah ənənələrə söykənən bu dövlətlərarası münasibətlərimiz gələcəkdə də xalqlarımızın və ölkələrimizin mənafeyi naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə, hörmətli Kasım-Jomart Kemeleviç, möhkəm cansağlığı, xoşbəxtlik və dövlət başçısı vəzifəsində qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

1news.az

Paylaş:
624

Son xəbərlər

Bütün xəbərlər