Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

12:35 - 27 / 03 / 2019
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

1news.az

Paylaş:
380

Son xəbərlər

Bütün xəbərlər