Mübariz Əhmədoğlu: Paşinyan Ermənistanın məhkumluğunun simvoludur

SSRİ dağıldıqdan sonra Ermənistan dövlətçiliyinin hərəkət trayektoriyası yalnız enən xətdən ibarətdir. O zamankı və indiki Ermənistanı ən ümumi də olsa müqayisə edək:
1. Ermənistan və ermənilər güclü geosiyasi dəstəyə malik idilər. Səbəb SSRİ-nin dağılmasında iştirak etmələri idi. Soyuq müharibənin ən böyük probleminin açarı ermənilər oldu. Qərb dünyası tərəfindən ciddi dəstək var idi. SSRİ-nin əleyhinə getdiklərinə baxmayaraq ermənilər bir müddət Rusiyanı müttəfiqləri sırasına qoşa bildilər.
2. Ermənilərin böyük maliyyə mənbələri var idi. SSRİ-nin o zamankı baş naziri Nikolay Rıjkov Spitak zəlzələsini əsas götürərək Ermənistana 2 illik dövlət büdcəsi başqa sözlə, təxminən 6-7 milyard dollar vəsait ayırdı. Məhz buna görə də Rıjkov Ermənistanın milliyyətcə erməni olmayan yeganə milli qəhrəmanıdır. Spitak zəlzələsindən 31 il keçməsinə baxmayaraq heç bir bərpa işi aparılmayıb. Bir qismi korrupsiyaya, müəyyən bir qismi də Dağlıq Qarabağ münaqişəsinin başlanması və alovlanmasına sərf olunub. ABŞ-dan Ermənistana Spitak zəlzələsi zamanı yardım daşıyan karvana o zamankı ABŞ prezidenti ata Corc Buşun oğullarından biri başçılıq edirdi.
III. Diaspor Ermənistana hərtərəfli və aktiv dəstək verirdi. Diasporun maliyyə imkanları 500 milyard dollar idi.
1. Dünya erməniliyində ciddi birlik var idi. Ermənilər real, virtual 15 milyonluq cəmiyyəti olan dövlət yaratmağa hazırlaşırdılar.
İndiki Ermənistan bütün parametrlər üzrə tam əks qütbdədir:
1. Heç bir müttəfiqi və geosiyasi dəstəyi yoxdur. İranın Ermənistana verdiyi dəstəyin arxasında İranın özünün tarixi maraqları dayanır. Gec-tez ermənilər bunu görəcəklər.
- 7 milyard dollar xarici borcu var.
III. Diaspor erməniləri xeyli zəifləyib. Ermənistana və bir-birlərinə qarşı ədavətdədirlər. Əyani misal: baş nazirin xanımı Anna Akopyan iki dəfə İsveçrədə yaşayan erməni milyoneri V.Sirmakeşin ayağına getsə də, V.Sirmakeş ona bir sent də vermədi.
1. Dünya erməniliyi sayca ən yaxşı halda 8 milyon nəfərdir. Ermənilik ciddi assimilyasiyaya məruz qalır.
Ermənilər özlərini bütün dünyaya savadlı, intellektual xalq kimi göstərməyə çalışıblar. İndi bu sahədə də reqressiyadır. Ermənistanda ən savadlı sonuncu rəhbər Levon Ter-Petrosyan olub. Levon Ter-Petrosyandan sonra R.Köçəryan və S.Sərkisyan ali təhsil diplomlarına malik idilərsə də elə dərin intellektləri yox idi. N.Paşinyanın həm dərin intellekti, həm də ali təhsil haqqında diplomu yoxdur. Ermənistan tarixinin uydurma mifləri artıq açıqlanır. Dünya ictimaiyyəti erməni tarixinin böyük əksəriyyətinin yalan olduğunu başa düşür.
Bütün bunların hamısı Paşinyanın dövründə kumulyasiya olunur.
Beləliklə Ermənistan dövlətçiliyi dərin böhran qarşısındadır. Qarşıda 3 yol var:
ı. Zəifləyən Ermənistan iri dövlətlərin geosiyasi tapşırıqlarını yerinə yetirməklə tarixin şərəfsizlik zolağına yuvarlanır.
ıı. Paşinyan Dağlıq Qarabağ məsələsini həll edir. Ermənistan Türkiyə, Azərbaycan və Gürcüstanla iqtisadi münasibətləri tamamilə yeni səviyyəyə qaldırır.
ııı. Ermənistan dövləti əlində olan qalan resurslarını da Dağlıq Qarabağ münaqişəsinə xərcləyir və beləliklə əvvəlcə Ermənistan dövləti sıradan çıxır, sonra da Dağlıq Qarabağ məsələsi avtomatik olaraq gündəlikdən çıxır.
Bu variantların hər üçü N.Paşinyan üçün məhkumluq deməkdir. Əlbəttə, Paşinyan siyasi və yaxud mənəvi ölümü dərk edən lider deyil.
Ona görə N.Paşinyan seçim qarşısındadır. Ya Ermənistan dövlətçiliyini saxlamaq şərti ilə ölümlə razılaşmaq, ya da Qarabağ məsələsi, Ermənistan dövlətçiliyi də daxil olmaqla özünün ölüm variantını seçmək.
Hələki N.Paşinyanın getdiyi yol sonuncu variantı seçdiyini göstərir. İstefa vəziyyətdən çıxış yolu deyil. Çünki “məxməri inqilab” prosesləri geri dönməz edib.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq