Vyanada İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş başa çatıb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Vyanada İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş başa çatıb - FOTO - YENİLƏNİB

17:03 - 29 / 03 / 2019
Vyanada İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş başa çatıb - FOTO - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb. 

1news.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, hazırda görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir. 

1news.az

14:30

Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

 1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev şəxsi “Twitter” səhifəsində yazıb.

“Prezident İlham Əliyev Ermənistan - Azərbaycan münasibətlərini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla Vyanada görüşür. Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir”- deyə, H.Hacıyev qeyd edib.

1news.az

Paylaş:
720

Son xəbərlər

Bütün xəbərlər