ABŞ-ın yeni səfiri: Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə sadiq qalacam | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın yeni səfiri: Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə sadiq qalacam

17:00 - 29 / 03 / 2019
ABŞ-ın yeni səfiri: Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə sadiq qalacam

ABŞ-ın Azərbaycana yenicə təyin edilmiş səfiri Erl Litzenberqer Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) öz üzvləri üçün təşkil etdiyi aylıq işgüzar naharda qonaq spiker kimi çıxış edib.

1news.az xəbər verir ki, səfir “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı ağ sənəd də daxil olmaqla, Azərbaycanın işgüzar mühitinin yaxşılaşdırılmasına kömək etmək üçün  göstərdiyi səylərə, habelə, Palatanın ölkə  hökuməti ilə sahibkarlar və istehlakçılar arasında daha güclü dialoqun aparılmasında,  ABŞ ilə Bakı arasındakı ikitərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsi istiqamətində gördüyü işlərə görə öz təşəkkürünü bildirdi.

O, həmçinin, ABŞ-la  Azərbaycan arasındakı tərəfdaşlığı möhkəmləndirilməsi və daha da inkişaf etməsi üçün konkret və innovativ həll yollarını tətbiq etdiklərinə görə AmCham-a, onun prezidenti Nuran Kərimova və icraçı direktoru xanım Natəvan Məmmədovaya öz təşəkkürünü bildirib

Səfir ABŞ-ın Azərbaycana strateji cəhətdən vacib ölkə kimi dəyər verdiyini vurğulayaraq, ikitərəfli əlaqələri daha da dərinləşdirməyə və ümumi maraq doğuran bütün sahələrdə əməkdaşlığı genişləndirməyə sadiq qalacağını ifadə etdi.

Litzenberqer Birləşmiş Ştatların Ali Diplomatik Xidmətinin peşəkar üzvüdür və 2019-cu il 2 yanvar tarixində ABŞ-ın Azərbaycandakı səfiri kimi ABŞ Senatı tərəfindən təsdiq edilib. Naharda səfirlə yanaşı, AmCham-ın 100-dən çox üzvü və tərəfdaşı, habelə diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Nahar, həmçinin, AmCham üzvləri tərəfindən keçirilən ayrı-ayrı təqdimatlar ilə yadda qalıb.

P.S.

 

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər