Bu gün Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Vyanada görüşəcək | 1news.az | Xəbərlər
Siyasət

Bu gün Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Vyanada görüşəcək

09:15 - 29 / 03 / 2019
Bu gün Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Vyanada görüşəcək

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avstriyanın paytaxtı Vyana şəhərində görüşəcək.

1news.az xəbər verir ki, bu, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra iki ölkə liderlərinin ilk rəsmi görüşüdür.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında razılaşdırılıb. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparılacaq.

Daha əvvəl Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan arasında görüş keçirilib.

Azərbaycan XİN-in yaydığı açıqlamada qeyd edilir ki, görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 29 mart tarixində keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə ediblər.

P.S.

Paylaş:
480

Son xəbərlər

Bütün xəbərlər