Bakıdan Ciddə istiqamətində müntəzəm reyslərə aviabiletlər satışa buraxılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıdan Ciddə istiqamətində müntəzəm reyslərə aviabiletlər satışa buraxılıb

11:19 - 29 / 03 / 2019
Bakıdan Ciddə istiqamətində müntəzəm reyslərə aviabiletlər satışa buraxılıb

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları”nın (AZAL) www.azal.az saytında Bakı-Ciddə-Bakı (Kral Əbdüləziz Beynəlxalq Aeroportu - JED) istiqamətində reyslərə aviabiletlər satışa buraxılıb. 

1news.az-ın məlumatına görə, birbaşa uçuşlar aviaşirkətinin yay uçuş cədvəli çərçivəsində iyunun 10-dan etibarən həftədə 1 dəfə - bazar ertəsi günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Reysin qış uçuş cədvəli çərçivəsində də davam etdirilməsi planlaşdırılır. Qış uçuş cədvəli aviaşirkətin saytında dərc olunacaq.  

Bakı və Ciddə arasındakı müntəzəm reyslər Yaxın Şərqdən əlavə turist axınını cəlb etməyə imkan verəcək, müqəddəs ziyarətgahları daha əlçatan edəcək, həmçinin iki ölkə arasında işgüzar münasibətləri dərinləşdirəcək.

Bu istiqamət üzrə aviabiletləri həmçinin AZAL-ın kassalarında və aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat www.miles.azal.az internet saytında verilib. 

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün AZAL aviaşirkətinin Çağrı Mərkəzinə [email protected] email ünvanı və ya saytdakı əlaqə forması https://www.azal.az/az/webform/contact-us vasitəsilə müraciət etmək mümkündür.

1news.az

Paylaş:
565

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər