Musa Quliyev: Prezidentin "Diqlas"la bağlı qərarı sosial siyasətinin humanist mahiyyətindən xəbər verir | 1news.az | Xəbərlər
Siyasət

Musa Quliyev: Prezidentin "Diqlas"la bağlı qərarı sosial siyasətinin humanist mahiyyətindən xəbər verir

11:29 - 29 / 03 / 2019
Musa Quliyev: Prezidentin "Diqlas"la bağlı qərarı sosial siyasətinin humanist mahiyyətindən xəbər verir

Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkə rəhbərinin zərərçəkmiş sahibkarlara yardımı ediləcəyini bəyan etməsi bir daha dövlətin hər zaman öz vətəndaşının yanında olduğunu sübut etdi.

Prezident müşavirədə vurğuladı ki, sahibkarların problemləri həll edilməlidir. Onlar öz iş yerlərini, öz əmlakını itiriblər, onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik.

Məsələni tam araşdırıb təklifləri vermək üçün dövlət başçısının sərəncamı ilə komissiya da yaradılıb.

Prezidentin hadisəyə operativ münasibəti, verdiyi müvafiq tapşırıqlar hər kəs tərəfindən böyük razılıqla qarşılanıb.

Millət vəkili, YAP Siyasi Şurasının üzvü Musa Quliyev mövzu ilə bağlı 1news.az-a bildirib ki, bu, cənab Prezidentin sosial siyasətinin humanist mahiyyətindən xəbər verir:

“Prezident operativ olaraq bu hadisəyə öz münasibətini bildirdi, lazımi tədbirlər görüldü, istər Nizami rayon İcra Hakimiyyətində, istər Prezident Administrasiyasının məsul şəxslərinin iştirakı ilə bu görüşlərin keçirilməsi, sahibkarlara dəyən zərərin araşdıılması ilə bağlı cənab Prezidentin verdiyi tapşırıqlar, həmçinin müşavirədə ölkə rəhbərinin sahibkarlara lazımi dövlət yardımının göstəriləcəyini, onlara dəyən zərərin ödənməsini dövlətin öz üzərinə götürdüyünü söyləməsi, əslində dövlətin sosial, yaxud iqtsadi məsuliyyəti deyil, bu, vətəndaş və sığorta münasibətlərinin bir mövzususudr. Amma cənab Prezidentin humanist siyasəti və Azərbaycan dövlətinin sosial dövlət olmasının mahiyyətində vətəndaşlarımıza daim qayğı göstərmək olduğuna görə ölkə rəhbəri bu məsələni də öz üzərinə götürdü, dövlət büdcəsindən bu məqsədlə sahibkarlara yardım ayrılması üçün göstəriş verdi”.

M.Quliyev hesab edir ki, məsələnin digər tərəfi Prezidentin də müşavirədə söylədiyi kimi,  ölkədə sığorta sistemindəki boşluqlaın aradan qaldırılmasının vacibliyidir:

“İstər Şamaxı zəlzələsi, istər ticarət mərkəzindəki yanğın, digər fövqəladə vəziyyətlərdə  Prezidentin söylədiyi kimi vətəndaşlar öncədən öz mülkiyyətlərini sığorta etmədikləri üçün belə çətinliklərlə üzləşirlər. Və əsas məsələ bundan ibarətdir ki, dövlət başçısının müşavirədəki fikirləri, ümumuyyətlə, müşavirənin özü bir daha bütün Azərbaycan vətəndaşlarına bəyan etdi ki, Azərbaycan dövləti istənilən an öz vətəndaşının yanındadır və vətəndaşını çətinlik çəkməyə, dar gündə qalmağa, mərhumiyyətlərlə üzləşməyə heç vaxt imkan verməyəcək.

Prezidentin siyasəti, siyasi fəaliyyəti məhz ona yönəlib ki, Azərbaycan vətəndaşı sosial rifah içində yaşasın. Bu addımı tək sahibkarlar, deyil bütün Azərbaycan vətəndaşları minnətdarlıqla qarşıladı və hər bir Azərbaycan vətəndaşı növbəti dəfə hiss etdi ki, cənab Prezident hər zaman onun arxasındadır,  Azərbayan dövləti onun yanındadır”.  

P.S.

Paylaş:
1017

Son xəbərlər

Bütün xəbərlər