Dünya birjalarında neftin qiyməti
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,35 dollar artaraq 68,17 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,34 dollar bahalaşaraq 59,65 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,94 dollar ucuzlaşaraq 68,52 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar təşkil edib.
1news.az