Vüqar Rəhimzadə: Bu səfər Azərbaycan-Avstriya münasibətlərin gələcək inkişafı baxımından xüsusi önəm kəsb edir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Bu səfər Azərbaycan-Avstriya münasibətlərin gələcək inkişafı baxımından xüsusi önəm kəsb edir

16:33 - 01 / 04 / 2019
Vüqar Rəhimzadə: Bu səfər Azərbaycan-Avstriya münasibətlərin gələcək inkişafı baxımından xüsusi önəm kəsb edir

“Bu gün sürətlə Avropaya inteqrasiya edən Azərbaycan qitə dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər qurur.

Müxtəlif sahələri əhatə edən bu münasibətlər qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlərlə daha da möhkəmlənir və genişlənir. Bu mənada Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günlərdə Avstriyaya işgüzar səfərini yüksək qiymətləndirmək lazımdır. Səfər zamanı möhtərəm Prezidentimiz Avstriya Federal Kansleri, Avstriya Prezidenti və vitse-kansleri ilə görüşlər keçirib, 2 ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni əməkdaşlıq formatı yaradılıb. Hesab edirəm ki, bu səfər Azərbaycan-Avstriya münasibətlərin gələcək inkişafı baxımından xüsusi önəm kəsb edir”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. 

Vüqar Rəhimzadə bildirib ki, hazırda ölkəmizlə Avstriya arasındakı siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir: “Azərbaycan Avstriya ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Avstriya şirkətləri ölkəmizdə öz fəaliyyətlərini uğurla davam etdirirlər. Bu da onu deməyə əsas verir ki,     Azərbaycan Cənubi Qafqaz regionunda Avstriyanın əsas iqtisadi tərəfdaşıdır. Bütün bu məqamlar möhtərəm Prezidentimizin Avstriyada keçiridiyi görüşlərdə əsas müzakirə mövzuları olub. Avstriya rəhbərliyi də öz növbəsində ölkəsinin Azərbaycanla əməkdaşlıqda və mövcud əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib”. 

“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Avstriyaya işgüzar səfəri zamanı əsas məqamlardan biri də Ermənistan baş naziri ilə keçirilən görüş idi: “Belə ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında növbəti görüş Vyanada baş tutdu. Bu görüş bir daha göstərdi ki, danışıqlar yalnız Azərbaycan ilə Ermənistan arasında aparılır və format dəyişməz olaraq qalır. Qeyd edək ki, bir müddət əvvəl Ermənistan danışıqların formatının dəyişdirilməsi ilə əlaqədar əsassız iddialar irəli sürür, bununla da qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edirdi. Ancaq martın əvvəlində ATƏT-in Minsk qrupu həmsədrləri bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməz olduğunu açıqladılar. Hesab edirəm ki, bu bəyanat Ermənistana konkret cavab oldu və danışıqların bundan sonrakı mərhələsində mühüm əhəmiyyət kəsb edəcək”. 

Vüqar Rəhimzadə əlavə edib ki, hər bir halda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbacanın mövqeyi qətiyyətli və dəyişilməzdir. Yəni, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin olunmalıdır.

S.Xankişiyeva

 

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər