İlham Əliyev Çeçenistan Respublikası başçısının müşavirini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Çeçenistan Respublikası başçısının müşavirini qəbul edib

16:43 - 01 / 04 / 2019
İlham Əliyev Çeçenistan Respublikası başçısının müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rusiya Federasiyası Çeçenistan Respublikası başçısının müşaviri, Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanovu qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Adam Delimxanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını dövlətimizin başçısına çatdırdı və bildirdi ki, Ramzan Kadırov Prezident İlham Əliyevi özünə qardaş hesab edir. Çeçen xalqının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi heç vaxt unutmayacağını vurğulayan Adam Delimxanov ən çətin vaxtlarda Heydər Əliyevin onlara göstərdiyi qayğı və dəstəyi böyük ehtiramla xatırladı. O, xalqlarımız arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğunu dedi.

Prezident İlham Əliyev Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ramzan Kadırova çatdırmağı xahiş etdi və qeyd etdi ki, onu Ramzan Kadırovla qardaşlıq əlaqələri bağlayır. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan və çeçen xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin dərin tarixi kökləri var və tarix boyu bu əlaqələr daim möhkəmlənib.

Prezident İlham Əliyev Ramzan Kadırovun bu yaxınlarda ölkəmizə səfərini məmnunluqla xatırlayaraq Ramzan Kadırovun çeçen xalqının lideri Hacı Əhməd Kadırovun siyasətini uğurla davam etdirdiyini, Çeçenistanda sabitliyin və əmin-amanlığın bərqərar olduğunu, genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini qeyd etdi.

Söhbət zamanı Azərbaycan ilə Çeçenistan Respublikası arasında əlaqələrin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin daha da inkişafı baxımından əhəmiyyəti vurğulandı.

S.Xankişiyeva

 

Paylaş:
657

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər