Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib | 1news.az | Xəbərlər
Siyasət

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

09:53 - 02 / 04 / 2019
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib.

1news.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Kraliça II Elizabet tərəfindən təyin edilən yeni səfir Ceyms Şarp bu vəzifədə diplomatik fəaliyyətdən istefaya gedən Kerol Kroftsu əvəz edəcək.

Ceyms Şarp vəzifəyə 2019-cu ilin iyul ayında başlayacaq.

Qeyd edək ki, C.Şarp karyerasına “BAE Systems” şirkətində başlayıb, 1981-ci ildən isə Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirib. 1987-1988-ci illərdə Cənubi Amerika Departamentində çalışıb. 2002-2005-ci illərdə krallığın Qazaxıstandakı səfiri və Qırğızıstanda qeyri-rezident səfiri olub.

Bundan əlavə XİN yanında Miqrasiya İdarəsinin direktoru vəzifəsində (2013-2015-ci illər), 2017-2018-ci illərdə Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin siyasi müşaviri vəzifəsində çalışıb. 2018-ci ildən indiyədək Böyük Britaniyada Azərbaycan dili kursları keçir.

Evlidir, iki oğlu var.

1news.az

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər