Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü razılaşdırılıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü razılaşdırılıb

14:53 - 04 / 04 / 2019
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü razılaşdırılıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı razılaşdırılıb.

1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekununda keçirilən mətbuat konfransı zamanı deyib.

Nazir bildirib ki, yaxın zamanlarda ikitərəfli görüş baş tutacaq:

“Biz artıq tarix barəsində razılıq əldə etmişik. Bu tarix ənənəvi olaraq Bakıda və Yerevanda açıqlanacaq”.

1news.az

 

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər