Aİ: Bakı-İrəvan təmasları Qarabağ nizamlanmasında ümid yaradır

Bakı ilə Yerevan arasındakı təmasların inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliyə doğru addım atılacağına ümid verir.
1news.az xəbər verir ki, bu barədə Brüsseldə Avropa İttifaqının ali nümayəndəsi Federika Moqerini bildirib.
"Ermənistan və Azərbaycan liderlərinin Vyanadakı son görüşü müsbət idi. Yanvar ayında Paris razılaşması ilə birlikdə, yüksək səviyyəli təmasların artması, atəşkəs pozuntularının əhəmiyyətli dərəcədə azalması, bizə nizamlanma prosesinin irəliləyəcəyinə, hər iki ölkənin öhdəliklərinə əməl edəcəyinə və ön şərtləri olmadan danışıqlara davam edəcəyinə bəzi ümidlər yaradır”, - deyə Moqerini Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovla görüşdən sonra bildirib.
Qeyd edək ki, bu gün Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclası olub.
P.S.