Nizami Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib | 1news.az | Xəbərlər
Rəsmi

Nizami Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib

15:39 - 04 / 04 / 2019
Nizami Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev N.M.Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

  1. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

S.Xankişiyeva

 

 

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər