Şabrana yeni icra başçısı təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Şabrana yeni icra başçısı təyin edilib

14:44 - 05 / 04 / 2019
 Şabrana yeni icra başçısı təyin edilib

Prezident İlham Əliyev Asif Hüseynovun Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az dövlət başçısının saytına istinadla xəbər verir ki, sərəncama əsasən, Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Digər sərəncamla Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

1news.az

 

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər