Ağstafanın yeni icra başçısı təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Ağstafanın yeni icra başçısı təyin edilib

14:47 - 05 / 04 / 2019
Ağstafanın yeni icra başçısı təyin edilib

Prezident İlham Əliyev N.M.Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

Həmçinin Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

S.Xankişiyeva

 

Paylaş:
1567

Son xəbərlər

Bütün xəbərlər