Goranboy və Siyəzən rayonlarının icra başçıları dəyişdi | 1news.az | Xəbərlər
Rəsmi

Goranboy və Siyəzən rayonlarının icra başçıları dəyişdi

15:01 - 05 / 04 / 2019
Goranboy və Siyəzən rayonlarının icra başçıları dəyişdi

Prezident İlham Əliyev M.B.Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Məhərrəm Böyükağa oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

Həmçinin ölkə başçısının digər sərəncamı ilə Novruz Nəcəf oğlu Novruzov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

S.Xankişiyeva

 

Paylaş:
573

Son xəbərlər

Bütün xəbərlər