Monteneqro Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Monteneqronun Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Zelko Raduloviçi qəbul edib.
1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Pərvin Mirzəzadə Z.Raduloviçə Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu etdi.
Monteneqronun Azərbaycanda diplomatik nümayəndəliyinin fəaliyyətə başladığını qeyd edən montereqtolu diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirdi. Bu xüsuda, o, Monteneqro Xarici İşlər Nazirliyinin diplomatik nümayəndəliyin açılması ilə bağlı məktubunu səfir P.Mirzəzadəyə təqdim etdi.
Görüşdə Azərbaycan və Monteneqro arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
1news.az