Çingiz Abdullayev “Şərəf” ordeni ilə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Çingiz Abdullayev “Şərəf” ordeni ilə təltif edilib

17:41 - 09 / 04 / 2019
Çingiz Abdullayev “Şərəf” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Ç.A.Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə Çingiz Akif oğlu Abdullayev “Şərəf” ordeni ilə təltif edilsin”.

1news.az

Paylaş:
775

Son xəbərlər

Bütün xəbərlər