Bakıda yanan binada xəsarət alanların adları - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yanan binada xəsarət alanların adları - SİYAHI

10:48 - 11 / 04 / 2019
Bakıda yanan binada xəsarət alanların adları - SİYAHI

Bakının Nizami rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada baş vermiş yanğın nəticəsində xəsarət alanların kimliyi məlum olub.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1960-cı il təvəllüdlü Məstanov Kazım Sevindil oğlu yanğından xilas olmaq üçün özünü binanın ikinci mərtəbəsindən atıb. Hadisə nəticəsində o, döş qəfəsinin əziyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində ayağı kəsilən 1989-cu il təvəllüdlü Qasımova Şəhanə Balaqardaş qızıdır. Tüstüdən zəhərlənən 1981-ci il təvəllüdlü Hüseynov İsmayıl Sovet oğlu, 1979-cu il təvəllüdlü Həsənov Elmidar Xanoğlan oğlu, 1985-ci il təvəllüdlü Mehdiyev Baba Zahid oğluna isə yerində tibbi yardım göstərilib.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyində araşdırma aparılır.

1news.az

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər