Zelenski canlı efirdə Poroşenkoya əsəbiləşib telefonu bağladı - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Zelenski canlı efirdə Poroşenkoya əsəbiləşib telefonu bağladı - VİDEO

13:20 - 12 / 04 / 2019
Zelenski canlı efirdə Poroşenkoya əsəbiləşib telefonu bağladı - VİDEO

Ukrayna prezidenti Petro Poroşenko "1+1" telekanalında yayımlanan "Pravo na vladu" proqramında qonaq olub.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Poroşenko prezidentliyə namizəd, rəqibi Vladimir Zelenskini efirdə debata çağırıb. 

Bu məqamda aparıcı Natalya Moseyçuk şoumenin proqrama gəlib-gəlməyəcəyini aydınlaşdırmaq üçün ona zəng edib. Canlı efirə bağlanan Zelenski Fransaya uçduğunu, buna görə də verilişə qatıla bilməyəcəyini deyib. Lakin o, telefonla müzakirəyə qoşulub.

Daha sonra tərəflər arasında mübahisə düşüb. Belə ki, Zelenski günlərdir müzakirə olunan "Olimpiya" stadionunda keçirilməsi planlaşdırılan  debatı 19 apreldə reallaşdırmağı təklif edib.

Bir-birinin ünvanına ittihamlar səsləndirən rəqiblər debatın tarixini razılaşdıra bilməyiblər. Nəticədə, Zelenski Poroşenko ilə telefon danışığını sərt şəkildə kəsib.

1news.az

Paylaş:
502

Son xəbərlər

Bütün xəbərlər