ASAN Xidmətin işçilərinin sayı artırılıb | 1news.az | Xəbərlər
Rəsmi

ASAN Xidmətin işçilərinin sayı artırılıb

16:55 - 17 / 04 / 2019
ASAN Xidmətin işçilərinin sayı artırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 715-dən 895 ştat vahidinədək artırılıb.

S.Xankişiyeva

 

Paylaş:
833

Son xəbərlər

Bütün xəbərlər