Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək | 1news.az | Xəbərlər
Siyasət

Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək

15:20 - 18 / 04 / 2019
Lavrov ATƏT-in baş katibi ilə Qarabağ münaqişəsini müzakirə edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

1news.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

XİN rəsmi nümayəndəsinin sözlərinə görə, S.Lavrovun ATƏT baş katibi ilə görüşü aprelin 24-də Beynəlxalq təhlükəsizlik üzrə VII Moskva konfransı çərçivəsində nəzərdə tutulub.

1news.az

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər