AZAL prezidenti Çin ən böyük “Canton Fair” sərgisinin açılışında iştirak edib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL prezidenti Çin ən böyük “Canton Fair” sərgisinin açılışında iştirak edib – FOTO

17:03 - 18 / 04 / 2019
AZAL prezidenti Çin ən böyük “Canton Fair” sərgisinin açılışında iştirak edib – FOTO

Quançjounun Ticarət-Sənaye Palatasının (TSP) dəvəti ilə AZAL prezidenti Cahangir Əsgərov Quançjou (Çin) şəhərində keçirilən “Canton Fair” ticarət-sənaye sərgisinin açılışında iştirak etmişdir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən,  1957-ci ildə əsası qoyulan “Canton Fair” sərgisi (həmçinin Çin idxal və ixrac malları yarmarkası kimi tanınır) dünyaca məşhur çoxprofilli sərgidir. Bu sərgini həmçinin Çin sənayesinin əsas vitrini adlandırırlar.

O, ildə iki dəfə - yazda və payızda keçirilir. Bu il sayca 125-ci yarmarka aprelin 15-dən mayın 5-dək keçirilir və onun sərgi pavilyonlarının ümumi sahəsi 1200000 kvadrat metr təşkil edir.

Bütün dünyadan və demək olar ki, Çinin bütün əyalət və şəhərlərindən olan istehsalçılar və tədarükçülər yüz min adda məhsul təqdim edirlər. Bu sərgidə ümumilikdə 25 mindən çox şirkət iştirak edir.

“Canton Fair” sərgisində bütün çin ixracının illik həcminin onda bir hissəsini təşkil edən sövdələşmələrin ən böyük həcmi və dövriyyəsi həyata keçirilir.

“Canton Fair” sərgisi Azərbaycandan da olmaqla getdikcə daha çox sayda sahibkarları cəlb edir.

“Sürətlə böyüyən Çin bazarı Azərbaycan sahibkarları üçün çox cəlbedicidir. Bununla əlaqədar olaraq, biz gələcəkdə Çini daha əlçətan etməyi və bu ölkəyə yeni reyslər açmağı planlaşdırırıq”, – deyə Cahangir Əsgərov bildirmişdir.

Hazırda Azərbaycanın Milli aviadaşıyıcısı AZAL Pekinə birbaşa uçuşlar, “Silk Way” yük aviaşirkəti isə Çinin Çjençjou və Şanxay şəhərlərinə birbaşa reyslər yerinə yetirir.

S.Xankişiyeva

Paylaş:
791

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər